📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paris və Moskva arasında hərbi toqquşma Fransanın məhvinə gətirib çıxaracaq" - Fransada partiya təsisçisi

2024-04-06 22:17:49

“Paris və Moskva arasında hərbi toqquşma Fransanın məhvinə gətirib çıxaracaq.

Bu fikri “Invictus France” partiyasının təsisçisi Jan-Lyük Melenşon “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Rusiya Federasiyası ilə hərbi kampaniya yalnız bizim tam məhvimizə gətirib çıxara bilər” deyən politoloq, hökumətin müttəfiqlərinin prezident Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı sözlərini rədd etdiyini qeyd edib.

Onun sözlərinə görə, Fransa Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yollarını axtarmalıdır. \\Report.Az