📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Parisdə Ermənistan ilə Fransa arasında hərbi-siyasi məşvərət olub

2023-12-22 15:03:33

Parisdə Ermənistan ilə Fransa arasında hərbi-siyasi məşvərət olub

Hurriyyet.az xəbər verir ki, Parisdə Ermənistan ilə Fransa nümayəndələri arasında hərbi-siyasi məşvərət aparılıb. Bu barədə məlumatı “Sputnik Armenia” nəşri verib. Məşvərət iki ölkənin müdafiə nazirliklərinin təmsilçilərinin iştirakı ilə keçirilib.

Ermənistan tərəfini Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin başçısı Levon Ayvazyan təmsil edib. Fransa tərəfindən ölkənin Silahlı Qüvvələrinin Beynəlxalq Münasibətlər və Strategiya İdarəsinin sədri Alis Rufo iştirak edib.  Tərəflər regional və beynəlxalq təhlükəsizlik problemlərini, ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Hürr Tərcüman