📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Parisin İrəvanı silahlandırmasına Moskvanın reaksiyası

2024-06-19 15:54:41

Parisin İrəvanı silahlandırmasına Moskvanın reaksiyası

Hurriyyet.az xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova Fransanın Ermənistana silah satması faktı ilə bağlı açıqlama verib. Zaxarova Fransanın Ermənistana "Sezar" özüyeriyen artilleriya qurğularını satmasını Parisin Cənubi Qafqazda münaqişəni yenidən alovlanmağa təhrik etməsi kimi qiymətləndirib.
Zaxarova deyib: "Paris ölkələrin daxilində və ölkələrin arasında mövcud olan fikir ayrılıqlarından sırf öz hədəflərinə nail olmaq vasitəsi kimi istifadə edir. Öz hədəfləri dedikdə, təkcə Yelisey sarayının şəxsi maraqlarını nəzərdə tutmuram, həm də Fransanın necə deyərlər, NATO ideologiyasının bələdçisi kimi mövqeyini nəzərdə tuturam".
Hürr Tərcüman