Parislə İrəvanın hərbi əməkdaşlığı ilə bağlı Moskvadan açıqlama
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyində Fransa ilə Ermənistan arasındakı hərbi əməkdaşlığın gücləndirilməsi barəsində şərh verilib.
RF xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə müsahibəsində Qərbin Cənubi Qafqaz regionu ilə bağlı planlarının heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmədiyini söyləyib.
Mixail Qaluzin deyib: "Bu gün Qərb ölkələri Cənubi Qafqaza aşkar qarşıdurma xarakterli antirusiya gündəliyi ilə gedirlər. Hesab edirik ki, regional təhlükəsizlik region dövlətlərinin səyləri ilə daha effektli şəkildə təmin edilə bilər. Biz regional məsuliyyət tərəfdarıyıq - həm təhlükəsizliyin təminatı, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından".
Onun sözlərinə görə, Moskva rəsmi İrəvanın KTMT platformasının regional təhlükəsizliyin təminatında əməkdaşlıq üçün bütün imkanları yaratdığını anlayacağını gözləyir.
Hürr Tərcüman