📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Parkda gecələyən uşağın valideyninə bu cəza verildi

2026-11-27 10:43:37

Parkda gecələyən uşağın valideyninə bu cəza verildi

Bakıda atalığının davranışlarına dözməyən azyaşlı gecəni parkda keçirib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, polis tərəfindən müvafiq araşdırma aparılıb.

“İddialar və digər xüsuslar yoxlanılıb. Noyabrın 15-də həmin azyaşlı Nəsimi rayonu ərazisində yerləşən parkların birində polis tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun dilənçilik və tüfeyli həyat tərzi sürən valideyni barəsində isə müvafiq inzibati tənbeh tədbiri tətbiq olunub”, - deyə o qeyd edib.