📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Parkovşik”ə təpik atan qadın saxlanıldı

2022-04-06 16:46:00

“Parkovşik”ə təpik atan qadın saxlanıldı

Sumqayıtda parklanma xidməti əməkdaşına hücum edən qadın polis tərəfindən saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Qafqazinfo"ya bildirib ki, həmin qadının şəxsiyyəti müəyyənləşdirilib və o, polis əməkdaşları tərəfindən ərazi üzrə Polis Bölməsinə gətirilib: "Həmin qadın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə tədbir görülüb".

Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə maşından düşən bir qadın sürücünün "parkovşik"ə təpiklə vurduğunu əks etdirən görüntülər yayılmışdı.