Parlament seçkiləri bu tarixdə keçiriləcək
2024-06-20 17:45:59
Xəbər verdiyimiz kimi, YAP-dan olan millət vəkilləri seçkilərin 2 ay əvvələ keçirilməsi təklifi ilə Prezident İlham Əliyevə müraciət edilməsinə qərar veriblər.
Hurriyyet.az xəbər verir ki, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29-un tədbiri baş tutacaq. Bu baxımdan növbədənkənar parlament seçkilərinin sentyabr ayına çəkiləcəyi gözlənilir.
Azərbaycan Konstitusiyasının V fəslinin 84-cü maddəsinin ikinci bəndində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Əgər təklif qəbul edilərsə, seçki sentyabrın 1, yaxud 8-i tarixlərində keçirilə bilər.
axar.az