📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Parlament seçkilərinin nə vaxt keçiriləcəyini heç kimin bilməməsi artıq ilk ciddi pozuntusudur" - İLQAR MƏMMƏDOV

2024-03-06 11:00:23

"Bilginin bu dərəcədə dumanlı olması hakim partiyanın rəqiblərinin seçkiyə lazımınca hazırlaşmaq haqqını pozur"

"Parlament seçkilərinin nə vaxt keçiriləcəyini heç kimin bilməməsi həmin seçkinin artıq ilk ciddi pozuntusudur. Konstitusiyanın tələbi 3 noyabrdır, amma hamı anlayır ki, COP29-a görə seçki həmin vaxt keçirilə bilməz". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.

Partiya sədri qeyd edib ki, namizədlər səsverməyə azı 1 il qalmış onun nə vaxt və hansı qaydalarla keçəcəyinə dair bilgili olmalıdırlar, əks təqdirdə bu pozuntudur: "Beynəlxalq standart belədir. Hazırki vəziyyət: seçki ya qarşıdakı yay aylarında keçirilir, ya da gələn ilin fevralından gec olmayaraq. Hər iki halda vaxt eləcə də sistemin majoritar və ya proporsional olması referendumun olub-olmamasından və nə qərar verməsindən asılıdır. Bilginin bu dərəcədə dumanlı olması hakim partiyanın rəqiblərinin seçkiyə lazımınca hazırlaşmaq haqqını pozur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az