📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PARLAMENTDƏ DAVA-DALAŞ: YARALILAR VAR - VİDEO

2025-03-04 16:27:55

PARLAMENTDƏ DAVA-DALAŞ: YARALILAR VAR - VİDEO

Hurriyyet.az xəbər verir ki, Serbiya parlamentində dava-dalaş baş verib, yaralılar var.
Serbiyada müxalifət parlamentin iclasına müdaxilə etməyə çalışıb. Dava-dalaş baş verib. "Tanjug" agentliyinin məlumatına görə, müxalifətçilər parlament binasına tüstülü şaşkalar (partlayış üçün istifadə edilən preslənmiş piroksilin ya trotil kubikləri) atıblar.
Serbiya Radio və Televiziyasının məlumatına görə, iğtişaşlar zamanı üç deputat yaralanıb. Onlardan biinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xaosun səbəbi müxalifətin kütləvi etirazları fonunda  təhsil haqqında qanuna düzəlişlərlərin gündəliyə salınması olub.
Hürr Tərcüman