📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Parlamentdə dava: Simonyan ona küçə söyüşü söydü

2024-11-02 00:16:30

Parlamentdə dava: Simonyan ona küçə söyüşü söydü

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Milli Məclisdəki davranışları erməni mediasının gündəminə düşüb.

Erməni KİV Simonyanla “MediaHub”un jurnalisti Vahe Makaryan arasında səs-küylü insident yaşandığını yazıb.

“Mübahisə zamanı parlamentdə bir-biriini təhqir etdilər. Vəziyyət o qədər qızışdı ki, Simonyanın mühafizəçiləri jurnalist Vahe Makaryanın əlindən tutdular ki, Alen onu vursun və ya tüpürsün. Lakin Alen Simonyan tüpürmədi, hətta vurmadı, sadəcə qışqırdı və küçə söyüşü söydü”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin iclasında xarici işlər naziri Ararat Mirzoyan da jurnalistlə insident yaşayıb. \\Globalinfo.az