📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Partiya sədri: “Amnistiya aktı milli birliyi, həmrəyli simvolizə edir”

2021-11-02 21:23:00

Partiya sədri: “Amnistiya aktı milli birliyi, həmrəyli simvolizə edir”

“Prezident İlham Əliyev tərəfindən 8 noyabr - Zəfər günü münasibətilə imzalanaraq Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi amnistiya aktı layihəsi böyük və xoşməramla atılmış, özündə milli birliyi, həmrəyli simvolizə edən addım kimi qiymətləndirirəm. Bu böyük niyyət və təqdimat 8 noyabr Zəfər gününü bütün Azərbaycana sevinc qatmasının nəticəsidir”.

Bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

Partiya sədri qeyd edib ki, Amnistiya aktı Azərbaycan tarixinə düşəcək: “Bu miqyasda, bu maştabda hələ bugünədək amnistiya aktı layihəsi olmayıb. Layihə təsdiqlənərsə, 15 minə yaxın insanın və yüz minlərlə ailə üzvlərinin sevincinə səbəb olacaq. Olduqca qürurlandırıcıdır. Hamılıqla Zəfəri birgə qeyd etmək həm də milli birliyin daha da möhkəmlənməsinə xidmət edir”. \\Pravda.az