📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Partiya sədri ofisində bıçaqlandı - FOTO/VİDEO

2022-12-07 19:12:00

Partiya sədri ofisində bıçaqlandı - FOTO/VİDEO

Keçmiş prezidentliyə namizəd, Yenilik Partiyasının sədri Öztürk Yılmaz Ankarada ofisində bıçaqlı hücuma məruz qalıb.

Hurriyyet.Az Türkiyə mətbuatına istinadən bildirir ki, partiya sədrinə ofisində naməlum şəxs bıçaqla hücum edib.

Ombasından yaralanan partiya sədri huşunu itirib. Hücum edən şəxs isə qaçaraq hadisə yerindən uzaqlaşıb.

Ö.Yılmaz təcili yardımla özəl xəstəxanaya aparılıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş millət vəkili Ensar Öğüt Öztürkün vəziyyətinin yaxşı olduğunu bildirib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

 

Partiya sədri ofisində bıçaqlandı - FOTO/VİDEO

 

Bakupost.az