Partlayıcılar Hindistanın "Əkiz Qüllələri"ni necə yıxacaq?
2022-08-26 15:46:00
Təxminən 12 saniyə ərzində Hindistanın paytaxtı Dehli yaxınlığındakı iki göydələn bazar günü günortadan sonra partladılaraq söküləcək.
Hurriyyet. az xəbər verir ki, "Supertech"adlı özəl inşaatçı şirkət tərəfindən tikilən və sonradan tikinti normalarını pozduğu aşkarlanan "Apex" və "Ceyane" adlı iki yanaşı qüllə ölkənin indiyə qədər partladılmış ən böyük göydələnləri olacaq.
“Əkiz qüllələr”in partladılması ölkəmediası tərəfindən də maraqlı izlənilir. Noida şəhərinin sıx məskunlaşdığı bir məhəllədə yerləşən binalar 320 futdan (97 m) və 30 mərtəbədən ibarətdir.
Binaların partladılmasında təxminən 3700 kq partlayıcıdan istifadə ediləcək.
Jalə FAMİLQIZI