📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Partlayış səsləri ilə əlaqədar narahat olmayın" - Müdafiə Nazirliyi məlumat yayıb

2026-04-13 10:21:51

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 13-17 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.