Partlayışdan sonra bir nəfər dağıntılar altından çıxarıldı - VİDEO
2023-04-24 21:37:00
Biləsuvarda hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.
Bu barədə Hurriyyet.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.