Partlayışın müəllifləri Putinə XƏBƏRDARLIQ MESAJI ÖTÜRÜBLƏR
Dayranın ölümünün müəlliflərini Ukraynada axtarmaq ağla gələn ən asan izah versiyasıdır
Əgər bu versiyanın həqiqət payı varsa hesab etmək olar ki, Ukrayna hansısa mənada savaşı Rusiyanın içinə keçirməyi bacarıb
Yay fəslində olmağımıza və dünyanın istirahət-məzuniyyət ab-havasında olmasına baxmayaraq 2022-ci ilin tətil fəsli çox qaynar keçdi. Və artıq avqust yekunlaşmaq üzrədir. Ötən bazar günü də tarixə Rusiyanın imperiya ambisiyalarının modernləşmiş nəzəriyyəsinin müəllifi Aleksandr Duqinin "mənəvi ciyərparası"nın sözün birbaşa mənasında partladılması ilə tarixə düşdü. Yəqin ki, müasir dünyanın siyasi-ideoloji istiqamətlərinin təfərrüatlarına vaqif olan kəslər Duqinin kim olduğundan xəbərdardır. Duqini Rusiyanın yeni imperiya modeli olan "rus avrasiyaçılığı"nın müəllifi, prezident Putinin ideoloqu da adlandırırlar.
Partlayışın açıqlanan təfərrüat məlumatlarına görə, məşhur şovinist filosof, politoloq Aleksandr Duqinin qızı Daryanın avtomobili naməlum şəxslər tərəfindən Moskva vilayətində partladılıb. Qız “Ənənə” festivalından evə qayıdırmış. Aleksandr Duqin qızı ilə birlikdə qayıtmalı olsa da, son anda başqa maşına minib. Belə təxmin edilir ki, terror hadisəsi Daryaya deyil, Aleksandr Duqinə qarşı hazırlanıb. “Ənənə” festivalı bu il Moskva yaxınlığındakı Zaxarova malikanəsində keçirilib. Daryanın “Land Cruiser Prado” avtomobili paytaxtdan təxminən, 25 kilometr aralıda yerləşən ərazidə hərəkətdə olarkən partlayıb. Duqinin özü isə festivalda Moskva vaxtı ilə saat 18:00-da mühazirə oxuyub. Onun məruzəsi “Ənənə və tarix” adlanıb və tarixi təfəkkürün metafizik dualizminə həsr olunub. Fikrimcə, şovinist filosof Duqinin mühazirəsinin mahiyyətini şovinizmin təbliğatı təşkil edib.
Qeyd edək ki, Duqin 2014-cü ildən Avropa İttifaqı və ABŞ-ın sanksiyaları altındadır. Eynilə cəmi ay yarım əvvəl qızı Daryaya qarşı da Böyük Britaniya tərəfindən "Ukraynada sabitliyi pozacaq siyasəti və ya hərəkətləri dəstəklədiyinə və təşviq etdiyinə görə” sanksiyalar tətbiq edilib. Çünki Darya da şovinizmin təbliğatında atasından geri qalmırmış. Necə deyərlər-alma ağacından aralı düşməz.
Artıq Daryanın ölümünə dair müxtəlifversiyalar irəli sürülməkdədir. Zaporojye vilayət administrasiyası baş şurasının üzvü Vladimir Roqov rusiyalı ictimai xadim və filosof Aleksandr Duqinin qızı 30 yaşlı Daryanın ölümünü Ukrayna ilə əlaqələndirib. Bu barədə o, Telegram kanalında yazıb. Roqovun sözlərinə görə, o, şübhə etmir ki, bunu Ukraynanın İvano-Frankovsk və Lvov əyalətinin “terrorçuları” edib. "Hədəf həm Daşa, həm də onun atası Aleksandr Duqin ola bilər", deyə Roqov yazıb. O, həmçinin bildirib ki, mərhum hər zaman “Ukrofaşizm və onun anqosakson ağalarına” qarşı mübarizə aparıb. Bundan əlavə, Duqin ailəsinin bir sıra tanışları da Daryanın ölümündə Ukraynanı ittiham edib. Belə ki, “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin Dariyanın getdiyi avtomobilin partladılmasının arxasında “Ukrayna rejiminin terrorçularının” olduğunu və Aleksandr Duqini məhv etməyi planlaşdırdıqlarını bildirib.
Maraqlıdır ki, dünən Rusiya Müdafiə Nazirliyi Ukraynanın kimyəvi silahdan istifadə etdiyi barədə bəyanat verib və tezliklə buna dair dəlilləri təqdim edəcəyini bildirib. Əlbəttə, Rusiya dövlətinin xarakterini və hazırkı düşdüyü-yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqaı-durumunu nəzərə alsaq onun Ukraynaya hücuma haqq qazandırmaq üçün istənilən şantaja əl atacağını gözləyə bilərik. Atası kimi, Darya da Rusiyanın Ukranada apardığı müharibənin dəstəkçilərindən olub. Bu səbəbdən Dayranın ölümünün müəlliflərini Ukraynada axtarmaq ağla gələn ən asan izah versiyasıdır. Əgər bu versiyanın həqiqət payı varsa belə hesab etmək olar ki, Ukrayna hansısa mənada savaşı Rusiyanın içinə keçirməyi bacarıb. Xüusilə Rusiyanın Krımı rus torpağı hesab etməsi, onu ilhaqını da öz ərazi hissəsini qaytarmaq kimi gözdən keçirməsi fonunda Ukraynanın Krıma endirdiyi zamanda... Bu anlamda rusların Daryanın ölümündüən istifadə edib "xüsusi hərbi əməliyyat"da iştirak etmək istəməyən rusları savaşa yollanmağa razı salmaq, ikna etmək məqsədi güddüklərini də ehtimal etmək olar.
Bu partlayışda digər versiya kimi Putinin hakimiyyət dönəminin sona yaxınlaşması fonunda Kremlin yeni "hakim varisi" olmaq uğrunda gedən mübarizənin qanlı fraqmenti kimi də anlamlandırmaq olar. Xatırlayırsınızsa bu mübarizənin tərkib hissəsi kimi bir müddət əvvəl Putinin təhlükəsizlik xidmətinin heyətindən öldürülən gözətçiləri, onun "etibarlı adamları" silsiləsindən Ziniçevin dağda baş verən qəza nəticəsində öldürülməsini, bu təzəlikcə Patruşevin "noviçokla zəhərlənməsi"ni misal çəkmək olar. Ola bilsin ki, partlayışın müəllifləri Putinin ideoloqu Duqini öldürməklə "çar Putin"ə xəbərdarlıq mesajı ötürüblər. Amma Daryanın öldürülməsi həm Putinə, həm Duqinə ikiqat xəbərdarlıq oldu.
Başqa versiya-partlayışın arxasında Rusiyadakı Türkiyə əleydarlarının və PKK ilə bağlı güclərin olması da istisna deyil. Avrasiyaçı Duqin Rusiyanın hegemoniyası şərtilə Türkiyə ilə ittifaq tərəfdarı kimi çıxış edir və ola bilsin ki, onun bu baxışları PKK-ya bağlı güclərin xoşuna gəlmirdi. Sözsüz ki, partlayışı törədənlər partlayışdan sonra şübhələrin Ukrayna üzərində cəmləşəcəyini hesablamışdılar. Xüsusilə, Soçi və Lvov görüşlərində Türkiyəyə ümidlənməyin gərəkmədiyindən söhbət gedə bilər.
Həmçinin, Putinin yaxın adamı Ziniçevin ömrünü yarıda kəsən qüvvənin ABŞ olduğunu və bu xəbərdarlığın Putini əldə edilmiş sövdələşmələrə riayət etməyə zorlamaq niyyətilə edildiyini təxmin etsək, Daryanın ölümünün də Kremlin əldə edilən razılaşmadan yayınmasından vaz keçirmək məqsədilə törədildiyini də təxmin edə bilərik. Ziniçev kimi Darya da "qurban" kimi seçilmiş ola bilər. Yeri gəlmişkən, artıq Darya Duqinanın ölümünün məsuliyyətini Rusiyanın "Milli Respublikaçı Ordusu" boynuna götürdü və bu münasibətlə bəyanat da paylaşdı. Bəyanatda deyilir:
"Biz Rusiya aktivistləri, hazırda Milli Respublika Ordusunun hazırda hərbçiləri və partizanları olan hərbçilər və partizanlar müharibəni qızışdıranları, qarətşiləri və Rusiya xalqıarına zülm edənləri qanundan kənar hesab edirik!
Biz prezident Putini Konstitusiyanı dəyişdirmiş, slavyan xalqları arasında qardaş qırğını salan və rus əsgərlərini açıq və mənasız ölümə göndərən hakimiyyət qəsbkarı və hərbi cinayətkar hesab edirik.
Kasıblıq və taburlar bir qism insanlar üçün, saraylar isə digər qism üçün-onun sisyasətinin mahiyyəti budur.
Biz hesab edirik ki, səs hüququndan məhrum edilmiş kəslərin tiranların zülmünəə qarşı üsyan etmək hüququ varş
Putin bizim tərəfimizdən devriləcək və məhv ediləcək!
Bizim məqsədimiz Rusiyanın və onun qonşularının məhvini durdurmaq, Kreml işbazlarının, xalqımızın zənginliyinn sümürən və ölkəmizin daxilində, həmçinin onun xaricində cinayət törədənlərin fəaliyyətinə son verməkdir.
Biz Rusiya Federasiyası hakimiyyətinin və regional administrasiyaların məmurlarını qəsbkarın əlaltıları elan edirik-kim ki, öz səlahiyyətini təhvil verməyəcək, bizim tərəfimizdən məhv ediləcək!".
Beləliklə rəsmi olaraq Rusiya hakimiyyəti heyətinə qarşı sui-qəsd silsiləsinin xəbərdarlığı edildi. Düşünsək ki, başda ABŞ olmaqla kollektiv Qərb Rusiyanın parçalanmasını yox, onun zəifləməsini, "sözəbaxan qapazaltı çomaq" olmasını daha çox tərcih edər, onda ehtimal edə bilərik ki, sui-qəsdlər silasiləsi Rusiya xaricindən dizayn olunur. Necə ki, yuxarıda da buna eyham vurduq. Qərbə Rusiyanın tam dağılması yox, hakimiyyətin dəyişməsi əl verər. Deməli Rusiyada da elə hadisələr planlana bilər ki, hakimiyyət dəyişsin, hakimiyyətə Qərbə tam bağlı varis gəlsin. O varis Türkiyə ilə (elə başqa dövlətlərlə də) öz maraqlarına uyğun siyasət yürütməsin. Aydındır ki, istənilən siyasi-ideoloji xəttin yürüməs, mövcudluğu üçün ona yatırım edilməsinə, resurs sərf edilməsinə ehtiyac var. Resurs olmadan partiyadan tutmuş heç bir siyasi hərəkatı təşil etmək mümkün deyil. Qərbin Rusiya hakimiyyətinin dəyişməsinə "stavka etməsi" ölkəni daxildən çalxalamağa, daxili çaxnaşma ilə istənilən formata salmasına ilhamlandırmış ola bilər. Yəni Rusiyanı xaricdən transformasiya etmək mümkün olmadığı üçün ən ideal variant onu içəridən "sıfırlamaq, yenidən formatlamaq"dır. Bu mənada Daryanın partladılması ilə meydana çıxan "Milli Respublika Ordusu"nun sponsorları yenə də xaricdən, Qərbdən qaynaqlanır. Başqa cür mümkün deyil. Çünki xalqlar siyasi hərəkətların, inqilabların subyekti deyil, obyekti və icraçısıdır. Lap 1917-ci ildə olduğu kimi. Vladimir İlyiç Leninin İsveçrədən diplomatik qatarla Rusiyaya gəlib çevrilişlə çarı devirməsi kimi.
Sonda isə qeyd edək ki, Darya Duqinanın 2022-ci il avqustun 21-də sui-qəsdlə partladılması Rusiya müxalifətinin lideri Aleksey Navalnının 2020-ci il avqustun 20-də "Noviçok"la zəhərlənməsi ilə arda-arda, demək olar ki, eyni tarixə düşür. Bu təsadüfdürmü? Qətiyyən yox. 20 avqustun cavabı 21 avqustda verildi və Darya Duqina "sakral qurban" edildi...
Ülviyyə Şükürova,
Hurriyyet.az