📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “505 milyard dramlıq hərbi büdcə ilə peşəkar ordu yaradırıq”

2022-11-16 17:26:00

Paşinyan: “505 milyard dramlıq hərbi büdcə ilə peşəkar ordu yaradırıq”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü ildə Ermənistanın müdafiə xərclərinə 505 milyard dram (təqribən 1 milyard 250 milyon dollar - red.) ayırmağa hazırlaşdığını bəyan edib.

Paşinyan deyib: “Sevinclə bildirmək istəyirəm ki, 2023-cü ilin büdcəsinə biz hərbçilərin attestasiyası prosesini daxil edirik. Bu isə hərbçilərin maaşlarının ikiqat, üçqat artması deməkdir. Bu, həm də Ermənistanın peşəkar orduya keçməsi deməkdir”.

Hürr Tərcüman