Paşinyan Almaniyanın xəbərdarlığından sonra Rusiyaya əl-altdan yardım etməyi dayandırıb
Ermənistanın “Hraparak” qəzeti yazır ki, Ermənistanın baş nazirinin Almaniyaya səfəri zamanı qərbli həmkarları ona Rusiya Federasiyasına sanksiyalardan yan keçmək üçün yardımı dayandırmaq barədə xəbərdarlıq ediblər.
Bildirilir ki, Paşinyan Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrinə, hökumət üzvlərinə və başqalarına zəng edərək Rusiya yardımını dayandırmağı tapşırıb.
Nəticədə ötən il canlı dövriyyəsi və gəliri olan erməni şirkətləri hər şeyini itirdi. Sərnişinlərin İT texnologiyaları üçün tələb olunan çipləri və aksesuarları Rusiya Federasiyası ərazisinə daşımasının qarşısını almaq üçün hava limanında ciddi nəzarət tədbirləri həyata keçirilib. Mənbə bildirir ki, iş adamları çaşqınlıq içərisindədirlər ki, Ermənistanın baş naziri nəyə görə həll yollarını tapmağa çalışmadan birinci əmrə dərhal əməl edib.
Ülviyyə, Hurriyyet.az