📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Ankarada Marqara keçid məntəqəsinin açılışını müzakirə edib

2023-06-13 12:00:00

Paşinyan Ankarada Marqara keçid məntəqəsinin açılışını müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Ankaraya son səfəri zamanı Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb.

Bu barədə “Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazır. “Əsas müzakirə mövzusu Ermənistan-Türkiyə sərhədinin açılması, xüsusən də iyulun ikinci yarısında Marqara keçid məntəqəsinin açılmasının mümkünlüyü olub. Əldə etdiyimiz məlumata görə, Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələn Paşinyan bir sıra “ictimai olmayan” görüşlər də keçirib”, deyə qəzet qeyd edir.

Ülviyyə, Hurriyyet.az