📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Annaya görə məhkəməyə müraciət etdi

2026-04-22 16:09:31

Paşinyan Annaya görə məhkəməyə müraciət etdi

Ermənistan Baş naziri Nikol Paşinyan “xəyanət” iddiaları ilə bağlı yazıya görə “Hraparak” nəşrinə qarşı məhkəmə qərarından apelyasiya şikayəti verib.

Modern.az xəbər verir ki, Paşinyan ötən il qaldırdığı iddiada qəzetin “Paşinyan arvadına xəyanət edirmi?” başlıqlı məqaləsində yayılan məlumatların böhtan xarakterli olduğunu bildirib. O, qəzetdən 2600 dollar təzminat və bütün platformalarda müddətsiz təkzib tələb edib.

Mart ayında birinci instansiya məhkəməsi "Hraparak"a yayılan məlumatı geri götürməyi tapşırsa da, maddi təzminat tələbi təmin olunmayıb.

Baş nazir bu qərarla razılaşmayaraq apelyasiya instansiyasına müraciət edib.