📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Arayikin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirdi

2022-09-15 20:42:00

Paşinyan Arayikin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirdi

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib, Arayik Arutyunyan da orada olub.

Bu barədə erməni mətbuatı məlumat yayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib.

İclasda Qarabağ separatçılarının başçısı terrorçu Arayik Arutyunyan da olub.

Onlar son toqquşmaların acınacaqlı nəticələrini, Ermənistanın “suverenliyi və ərazi bütövlüyünün qorunması” istiqamətində görülən tədbirlər, Qarabağ “münaqişəsinin həlli” müzakirə edilib.

Tədbirdə prezident Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və vitse-spiker Ruben Rubinyan da iştirak ediblər. \\KONKRET.az