Paşinyan Avropada KTMT-ni pislədi
2023-05-05 09:34:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 4-də Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı çıxış edərkən KTMT-nin Ermənistanın qarşısındakı öhdəliklərini yerinə yetirmədiyini söyləyib.
“Nyus.az” saytının yazdığına görə, Paşinyan deyib: “Ötən il biz KTMT ilə konsensus əldə edə bilmədik. Biz Təşkilata öz mövqeyimizi və narazılığımızı bildirdik. Biz açıq və şəffafıq və bu bizə əlavə çətinliklər yaradır”.
Hürr Tərcüman