📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan axmaqdır, mən üzr istəməyəcəm – Zatulin

2022-12-16 00:20:00

Paşinyan axmaqdır, mən üzr istəməyəcəm – Zatulin

Ermənistan hakimiyyəti axmaqlıq etdi, göstərdi ki, onun üçün partiya maraqları İrəvanın xaricdəki dəstəyindən üstündür.

Bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistana girişinə qoyulan qadağa haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti artıq “səhvini anlayıb” və özlərini qorumağa çalışır:

“Onların marağındadır ki, mən günahı öz üzərimə götürüm və İrəvan da qadağanı aradan qaldırsın. Ancaq mən üzr istəməyəcəm. Mən uzun illərdir ki, Ermənistanı dəstəkləyirəm, çünki bu, Rusiyanın marağındadır”.

Ermənipərəst deputat deyib ki, Ermənistanda heç kimə borcum yoxdur.

O bildirib ki, Bakı onun Azərbaycana səfərinə 2011-ci ildə qadağa qoyub, Ermənistan isə bu ilin noyabrından.

Qeyd edək ki, Paşinyana və Ermənistan hakimiyyətinə qarşı aşağılayıcı ifadələrinə görə Zatulin Ermənistanda “arzulanmaz şəxs” elan edilib və onun ölkəyə gəlişinə qadağa qoyulub. \\Axar