PAŞİNYAN AZƏRBAYCAN MAHNISI FONUNDA VİDEO ÇƏKDİ - Qalmaqal yaratdı + VİDEO
Türkmənistanda iki günlük işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində velosiped gəzintisinə çıxıb.
Hurriyyet.net xəbər verir ki, Paşinyanın velosiped gəzintisi zamanı çəkdiyi video Ermənistanda birmənalı qarşılanmayıb. Paşinyan video paylaşaraq "Sabahınız xeyir, gününüz xoş keçsin, hamınızı sevirəm" yazıb.
Lakin bu video Azərbaycan mahnısı ilə müşayiət olunub və Paşinyan həmişəki “ürək jesti”ni bu mahnının sədaları altında verib. Bu da sosial şəbəkələrdə ermənilərin bir çoxu tərəfindən, gözlənildiyi kimi, heç də müsbət qarşılanmayıb. Lakin əks fikirdə olanlar və bunu normal qarşılayanlar da az olmayıb.
Bu arada xatırladaq ki, həmin Paşinyan vaxtilə işğal altındakı Qarabağda yallı gedirdi və bunu heç də Azərbaycan mahnısının, rəqs havasının sədaları altında etmirdi. Zaman, şərait dəyişdikcə, mahnılar, havalar da dəyişir…