📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır" - ZAUR MƏMMƏDOV

2021-12-23 10:37:00

"Dekabrın 28-29 tarixlərində Azərbaycan və Ermənistan Sankt Peterburqda dəmiryolu və avtomobil yolu ilə bağlı əldə edilmiş razılıqları hüquqi müstəviyə keçirəcəklər"

"Liderlər arasında növbəti görüşə bir neçə gün qaldı. Çox güman ki, dekabrın 28-29 tarixlərində Azərbaycan və Ermənistan Sankt Peterburqda dəmiryolu və avtomobil yolu ilə bağlı əldə edilmiş razılıqları hüquqi müstəviyə keçirəcəklər". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.

Bakı Politoloqlar Klubunun sədrinin sözlərinə görə, burada ən maraqlı məqamlardan biri Laçın və Zəngəzur yollarının statusu ilə bağlı olacaq: "Ehtimal edirəm ki, növbəti addım Konstitusiyaya dəyişikliklərlə bağlı ola bilər. Ermənistan konstitusiyasındakı dəyişikliklər ciddi maraq kəsb edəcək. 1992-ci ildə Türkiyə ilə münasibətlərin qurulması üçün şərtlər - gerbdə Ağrı dağından imtina və müstəqillik aktının 11-ci maddəsindəki soyqırım iddialarından imtina irəli sürmüşdü".

Bütün bunları nəzərə alan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az