📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Azərbaycana aparan yolları açmağa hazırdır

2023-01-10 15:26:00

Paşinyan Azərbaycana aparan yolları açmağa hazırdır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında erməni tərəfinin Arazdəyən-Naxçıvan-Mehri dəmiryolunun Ermənistandan keçən hissəsinin, həmçinin avtomobil yolunun bərpa olunmasına başlamağa hazır olduğunu söyləyib. O, Ermənistanın nəqliyyat keçidinə çevrilməsinə maraqlı olduğunu söyləyib.

Paşinyan deyib: “Ermənistanla Azərbaycan arasında yolların açılacağı halda, Şimal-Cənub marşrutunda daşımalar xeyli artacaq. Ermənistan bu yolla getməyə hazırdır”.

Paşinyan deyib: “Əgər biz Ermənistanı inkişaf eləmiş və təhlükəsiz ölkəyə çevirmək istəyiriksə, regionda münasibətlərin keyfiyyətini dəyişdirməliyik. Burada biz imkanlardan çox, təhlükə ehtimalları görmüşük. Lakin, görünür, buna başqa bucaqdan baxmaq zamanı yetişib”.

Hürr Tərcüman