Paşinyan Azərbaycana görə Lukaşenkodan inciyib: "Nə qədər ki, o Prezidentdir..."
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkodan narazılığını bildirib.
Paşinyan parlamentdəki çıxışında deyib: "Nə qədər ki, Aleksandr Lukaşenko prezidentdir, heç vaxt Belarusa səfər etməyəcəyimi bəyan edirəm. Bu andan etibarən Ermənistanın heç bir rəsmi təmsilçisi Belarusa səfər etməyəcək".
Erməni mətbuatının yazdığına görə, Paşinyan belə deyib: "KTMT liderlərindən biri 44 günlük müharibəyə hazırlıqda iştirak etdiyini bəyan edir, Azərbaycanın qələbəsinə inandığını, onun qalib gələcəyini gözlədiyini deyir. Heç bundan sonra mən Belarus Prezidenti ilə KTMT formatında müzakirələrə gedərəmmi? Bəyəm siz ləyaqətdən, prinsipiallıqdan danışmırsınızmı?"
Hürr Tərcüman