📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Azərbaycanın addımını “xoşməramlı jest” adlandırdı

2023-12-07 23:00:56

Paşinyan Azərbaycanın addımını “xoşməramlı jest” adlandırdı

"Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir”.

Hurriyyet.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "X” hesabında paylaşıb.

Bildirək ki, Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, razılaşmaya əsasən hazırda Ermənistanın əsir kimi saxlanılan azərbaycanlı hərbçilər Bəbirov Aqşin və Axundov Hüseyn azad ediləcək.