📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Azərbaycanın qaytardığı əsirlərin valideynləri ilə görüşdü – “Bu, çox vacib idi”

2023-12-16 13:17:24

Paşinyan Azərbaycanın qaytardığı əsirlərin valideynləri ilə görüşdü – “Bu, çox vacib idi”

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün həyat yoldaşı Anna Akopyanla birlikdə Azərbaycanın xoş məram götərərək azad etdiyi 32 erməni hərbi əsirin valideynləri ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumət başçısı çıxışında qeyd edib ki, bu üç il ərzində məhbusların qaytarılması üçün mümkün olan hər şey edilib. “Əlbəttə, hamımız onların qayıtmasını səbirsizliklə gözləyirdik. Səbriniz üçün təşəkkür edirəm, çünki bu çox vacib idi”, - Baş nazir deyib.

azpolitika.info