Paşinyan: "Azərbaycanla münasibətlərin normallaşmasında NATO-nun yardımını gözləyirik"
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 19-da İrəvanda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirilən brifinqdə deyib: "Biz beynəlxalq ictimaiyyətdən, o cümlədən NATO-dan Ermənistan və Azərbaycan arasında məlum və qarşılıqlı razılaşdırılmış prinsiplər əsasında sülh prosesinə, habelə məcburiyyət və təhdid siyasətinin birmənalı şəkildə rədd edilməsinə güclü yardım gözləyirik”.
Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması gündəliyinə sadiq qaldığını bildirib: “Biz inanırıq ki, Türkiyə ilə 2022-ci ildə əldə edilmiş razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sabitliyin bərqərar olmasına müsbət təsir göstərə bilər”.
NATO-nun baş katibi də öz növbəsində Ermənistan və Azərbaycanı davamlı sülhün bərqərar olması üçün razılığa gəlməyə çağırıb. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyiyin bərqərar olması “avroatlantik təhlükəsizliyi üçün də vacibdir”.
Hürr Tərcüman