Paşinyan Azərbaycanla sülh müqaviləsi barəsində açıqlama verdi
2024-05-29 12:14:02
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə sülh müqaviləsinin əsas prinsiplərinin razılaşdırıldığını bəyan edib. Paşinyan Azərbaycan tərəyinin 2024-cü ilin noyabrında, Bakıda iqlim üzrə COP-29 tədbiri keçirildiyi zaman sülh müqaviləsinin imzalana biləcəyi barəsində bəyanatına şərh verərkən bu açıqlamanı verib.
Ermənistanın Baş naziri bildirib ki, tərəflər mətn üzərində işi tam yekunlaşdırmağa nail olandan sonra sazişin imzalanacağı zamanı və məkanı dəqiqləşdirmək olar.
Paşinyan deyib: "Əsas prinsiplər razılaşdırılıb, onları sülh müqaviləsinin mətnində ifadə eləmək qalıb. Zənnimcə bu işləri mümkün qədər tez yekunlaşdırmaq şansımız var".
Hürr Tərcüman