📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Bakı ilə nəqliyyat yollarını açmağa hazırıq. Mümkün qədər tez bir zamanda sənəd imzalamalıyıq”

2022-02-09 18:30:00

Paşinyan: “Bakı ilə nəqliyyat yollarını açmağa hazırıq. Mümkün qədər tez bir zamanda sənəd imzalamalıyıq”

"Dəmir yumruq" möcüzəsi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanla həm dəmir yolu xəttini, həm də avtomobil yollarını açmağa hazır olduğunu bəyan edib.

Paşinyan bu sözləri bu gün parlamentdəki çıxışında deyib: “Avtomobil yolları məsələsinə gəlincə, Brüssel və Soçidəki görüşlərdən sonra biz təklifləri hazırladıq və Azərbaycan tərəfinə, Rusiyaya, beynəlxalq tərəfdaşlara təqdim elədik. Azərbaycan tərəfindən müsbət cavab aldıqdan sonra avtonəqliyyat marşrutlarının tikintisi və bərpası prosesini reallaşdırmağa hazırıq”.

Dəmir yolu nəqliyyatının bərpasından danışan Paşinyan onun ölkələrin qanunvericilikləri və suverenlikləri çərçivəsində beynəlxalq qaydalara uyğun şəkildə fəaliyyət göstərməli olduğunu və parametrlərin razılaşdırılmalı olduğunu söyləyib.

Paşinyan deyib: “Mahiyyətcə, bu beynəlxalq yükdaşımalar yolu olacaq və buna görə də mümkün qədər tez bir zamanda qərarı de-yure qəbul eləməli, sənəd imzalamalı, ratifikasiya lazım olsa, ratifikasiya etməliyik”.

Hürr Tərcüman