📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Bakının təklifinə sabah cavab verəcək?

2024-08-31 10:11:24

Paşinyan Bakının təklifinə sabah cavab verəcək?

Ermənistan Baş naziri Nikol Paşinyan 31 avqustda mətbuat konfransı keçirəcək.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan deyib.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan XİN başçısı Ararat Mirzoyana COP29-a dəvət məktubu göndərib. Erməni mediası Paşinyanın məzuniyyətdən qayıtdıqdan sonra avqustda keçirəcəyi mətbuat konfransında bu dəvətə cavab verəcəyi haqda məlumat yaymışdı.