📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: Bakıya təklif verməyə hazıram.

2024-06-16 14:13:13

Paşinyan: Bakıya təklif verməyə hazıram.

Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram.

Hurriyyet.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı”, – deyə Paşinyan Zəngəzur bölgəsində partiyadaşları ilə görüşündə bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 13 və 14 iyunda Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəs rejimini pozub.