📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan bayraq yandıran təxribatçıya dair göstəriş verdi

2023-04-15 12:20:00

Paşinyan bayraq yandıran təxribatçıya dair göstəriş verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan şəxs Azərbaycan bayrağını yandırıb. Təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.