“Paşinyan bizi satıb” – ermənilər Fransa meydanına çıxdılar
2022-07-29 23:29:00
Müxalifət Paşinyanın planlarını pozmaq istəyir
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İrəvanda erməni müxalifətin yürüşü keçirilir. Yürüş iştirakçıları Baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edirlər.
Fransa meydanındakı mitinqdən sonra nümayişçilər İrəvanın mərkəzi küçələri, Sayat-Nova prospekti və Tumanyan küçəsi boyunca hərəkət ediblər.
Ermənistanda Nikol Paşinyanın istefasını tələb edənlərin mitinqləri 3 aydır ki davam edir. Onu “Ermənistanı satmaqda” ittiham edir və planlarını pozmaq niyyətində olduqlarını bildirirlər.
Hürr Tərcüman