📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Brüsseldə Bakı ilə münasibətlərdən danışdı

2024-04-05 14:56:33

Paşinyan Brüsseldə Bakı ilə münasibətlərdən danışdı

Ermənistan ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalır.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə AB-ABŞ-Ermənistan görüşü zamanı deyib.

N.Paşinyan vurğulayıb ki, Ermənistan Almaatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.

axar.az