📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Brüsseldə Fərrux kəndindən niyə danışmayıb?

2022-04-07 16:53:00

Paşinyan Brüsseldə Fərrux kəndindən niyə danışmayıb?

Ermənistanıın Baş naziri Brüssel görüşündə Xocalı rayonunun Fərrux kəndi ilə bağlı danışmağı məqsədə uyğun hesab etməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib:

"Mən konkret bu mövzunun Brüssel platformasında müzakirəsini məqsədəuyğun hesab etmədim. Çünki bu, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının cavabdehlik sahəsidir. Bu məsələ müzakirə olunmalıdır, lakin daha çox rusiyalı tərəfdaşların iştirakı ilə. Bu məsələ ilə bağlı mövqeyimizi bildirmişəm, ona görə də Rusiya sülhməramlılarından Azərbaycan bölmələrinin öz məsuliyyət zonasından çıxarılmasını təmin etmək üçün tədbirlər görməsini gözləyirik”.