Paşinyan Brüsselə getdi - Üçtərəfli görüş üçün...
2024-04-04 21:30:45
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə səfər edib.
Bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
O,ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.
Səfər çərçivəsində aprelin 5-də Paşinyanın Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşü planlaşdırılır.
Ermənistan Baş nazirinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer ilə görüşü nəzərdə tutulub. \\Modern.az