📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan bundan sonra dövlətimiz üçün faydalı heç nə etməyəcək" - Zurabyan

2023-06-21 20:59:00

“Nikol Paşinyanın 44 günlük müharibənin şəraitini öyrənmək üçün parlamentin İstintaq komissiyasında göstərdiyi şou onun bundan sonra dövlətimiz üçün faydalı heç nə etməyəcəyi və ömrünün qalan hissəsini nəticəsiz işə həsr edəcəyi fikrimi təsdiqlədi”.

Bu barədə “Facebook” səhifəsində Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan yazıb.

O bildirib ki, istintaq komissiyasının əsas vəzifəsi məğlubiyyətin səbəblərini müəyyən etmək və günahkarları məsuliyyətə cəlb etmək idi.

“Söhbət hərbi səylərdən, döyüş sursatı və silah təchizatının təşkilindən, kəşfiyyatdan, səfərbərlikdən, hərbi maddi-texniki təchizatdan gedir. Əsas məsuliyyət çoxdan hökumətdən uzaqlaşdırılmalı olan baş nazir Nikol Paşinyanın özündən başqa heç kimdə deyil. O, hər şeyi uğursuzluğa doğru apardı” – deyə Levon Zurabyan yazıb. \\KONKRET.az