Paşinyan COP29-da iştiraka "HƏ" ya "YOX" açıqlayacaq
2024-07-24 13:02:39
Paşinyan avqustda Bakıda keçiriləcək COP29-da Ermənistanın iştirakı məsələsinə aydınlıq gətirəcək.
Ermənistanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti bildirib ki, İrəvan dəvəti aldıqda hökumətə məlumat verməsini xahiş edən sorğu göndərib.
Qurumdan “Hraparak” qəzetinə verilən məlumata görə, Ermənistanın baş naziri məzuniyyətdən sonra bu məsələyə toxunacaq.
Bir müddət əvvəl “The National” xəbər vermişdi ki, Bakı İrəvanı iqlim sammitinə dəvət edib.
Ülviyyə, Hurriyyet.az