📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan çox yaxşı bilir ki, ilkin etapda 4 kənd qaytarılacaq" - ZAUR MƏMMƏDOV

2024-03-13 12:10:10

"O, boynuna alıb ki, həmin kəndlərinin Ermənistanın Tavuş rayonuna aidiyyatı yoxdur"

"Tavuşun kəndlərinin Azərbaycana verilməsindən söhbət getmir və ola da bilməz", deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Bununla da Paşinyan boynuna alıb ki, həmin kəndlərinin Ermənistanın Tavuş rayonuna aidiyyatı yoxdur". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, Paşinyan çox yaxşı bilir ki, ilkin etapda 4 kənd qaytarılacaq və ona görə də indidən özünü sığortalayaraq kəndlərinin Ermənistana aid olmadığını qeyd edir. Təbii ki, həmişə olduğu kimi ilk baxışdan başa düşülməyən cümlələri calaşdırmasıyla. Sanki Paşinyan heç bir kəndi Azərbaycana qaytarmağa hazırlaşmır. Yeri gəlmişkən, həmin 4 kəndin yaxınlığından İrəvan-Tiflis avtomagistralı keçdiyindən böyük ehtimalla, yeni yol salınacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az