📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan dedi ki, bircə yol var: Bakıya təslim olmaq

2022-04-01 14:25:00

Paşinyan dedi ki, bircə yol var: Bakıya təslim olmaq

Erməni KİV-i ölkənin Baş naziri Nikol Paşinyanın hökumətin iclasındakı çıxışını tənqid edib.

Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti yazıb.

"O, ruslardan şikayətlənib, deyib ki, Qərb də öz öhdəliklərini yerinə yetirmir və ümumiyyətlə etinasızdır. Paşinyan Ermənistan vətəndaşlarına aydın şəkildə bildirib ki, müharibədən qaçmaq üçün yalnız bir yol var – bütün şərtləri yerinə yetirməklə Azərbaycana təslim olmaq, həmçinin alçaldıcı sülh müqaviləsini imzalamaq”, - deyə qəzet bildirir.