📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Əliyev ilə danışıqlara hazıram”

2021-10-04 13:01:00

Paşinyan: “Əliyev ilə danışıqlara hazıram”

 

Hürriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev  ilə görüşməyə danışıqlar aparmağa hazır olduğunu bildirib.

Xəbəri “Armenpress”ə istinad edən “Sputnik” agentliyi yayıb. 

Paşinyan bu açıqlamanı Litvanın paytaxtı Vilnüs şəhərində erməni icmalarının nümayəndələri ilə görüşündə verib. Paşinyan deyib: “Azərbaycan Prezidenti mənimlə görüşə hazır olduğunu açıqladı. Mən hələ iyul ayında ən yüksək səviyyələrdə - yəni xarici işlər nazirləri və baş nazir-prezident səviyyəsində danışıqlara hazır olduğumuzu söyləmişdim”.

Paşinyanın Minsk qrupu nostaljisi

Paşinyan daha sonra deyib: “BMT Baş Assambleyasındakı çıxışımda Dağlıq Qarabağ probleminin həllini gözlədiyini söyləmişdim və ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağla bağlı açıqlamalarını məmnuniyyətlə qarşıladığımı demişdim. Orada həmsədrlər bir neçə  dəfə Qarabağ probleminin həlli və bu məqsədlə sülh prosesinin yenidən başlamalı olduğunu dəfələrlə söylədilər”.

Azərbaycan Prezidenti ispan televiziyasına müsahibəsində Ermənistanla hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması təməlində normal əlaqələrin qurulmasını istədiyini və erməni tərəfinin buna hazır olduğu zaman Paşinyanla görüşə hazır olduğunu bəyan edib.

2020-ci ilin noyabr razılaşmasından sonra Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, artıq münaqişə həll olunub və “Dağlıq Qarabağ” termini ilə status məsələsi keçmişdə qalıb.

Hürr Tərcüman