"Paşinyan erməniləri Laçından qovdu" - Şarmazanov
2023-08-14 21:12:00
“Nikol Paşinyan Qarabağın Azərbaycana təslim edilməsi, Laçın dəhlizinin bağlanması əməliyyatının xaç atasıdır”.
Bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov deyib.
O, bildirib ki, Paşinyan erməniləri Laçından didərgin salıb:
“Nikol erməniləri bütün Laçın ərazisindən qovdu. Türkü Gorus-Qafan yoluna gətirdi. İndi kimdən şikayətlənir?”, – deyə Şarmazanov qeyd edib. \\KONKRET.az