📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır

2025-01-31 16:00:32

Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır

Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Ancaq biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyır" - o qeyd edib. (Report)