📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

2023-04-18 12:29:00

Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 18 aprel tarixində ölkə parlamentində 2022-ci ilin hökumət proqramının yerinə yetirilməsi ilə bağlı hesabat xarakterli çıxış edib. Paşinyan çıxışı zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tamamilə tanıdığını və Azərbaycanın da (tarixi Azərbaycan torpaqlarında qurulmuş – red.) Ermənistan SSR-in ərazisini Ermənistan kimi tanıyacağını gözlədiklərini söyləyib. Paşinyan deyib: “Ermənistan ilə Azərbaycan arasında sülh razılaşması o zaman reallaşacaq ki, hər iki ölkə dəqiq, birmənalı şəkildə bir-birinin ərazi bütövlüyünü tanısın və bu gün və həmişəlik bir-birinə ərazi iddiaları irəli sürməmək öhdəliyi götürsün”.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə Praqa və Soçidəki görüşləri zamanı bu barədə razılaşdıqlarını bəyan edib.

Ermənistanın Baş naziri deyib: “Bir daha Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını və Azərbaycanın da Ermənistan SSR-in ərazisini Ermənistan ərazisi olaraq tanıyacağını gözlədiyini bildirmək istəyirəm”.

Hürr Tərcüman