Paşinyan Ermənistan Konstitusiyasını dəyişdirmək niyyətindədir
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın Ədliyyə Nazirliyində keçirdiyi görüş zamanı ölkənin konstitusiya islahatının aparılmasına yox, tamamilə yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.
Paşinyan deyib: "Birincisi, hesab edirəm ki, biz bu problemi başqa üsullarla həll eləmək üçün nə qədər çalışsaq da, respublikanın Ermənistan xalqının səsvermə yolu ilə qəbul elədiyi Konstitusiyaya sahib olmasının zəruriliyi şübhə doğurmur. Bu, legitimliklə bağlı mühüm vurğudur. İkincisi, bizim yeni geosiyasi şəraitdə Ermənistanı rəqabətə daha davamlı edən və həyat qabiliyyətini artıran Konstitusiyaya ehtiyacımız var".
Paşinyan parlament idarə-üsulunun Ermənistana daha uyğun olduğunu qeyd edib.
Hürr Tərcüman