📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır”

2023-04-12 23:19:00

Paşinyan: “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır”

Hurriyyet.az “News.am” saytına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 12-də ölkə parlamentindəki çıxışı zamanı Ermənitanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib.

Paşinyan deyib: “Əgər Madrid prinsiplərinə qədər Qarabağın müqəddəratı ərazisi olaraq SSRİ əsas götürülürdüsə, erməni tərəfinin “dahiyanə” diplomatiyası sayəsində Qarabağın müqəddəratı ərazisi Azərbaycan oldu”.

Onun sözlərinə görə, Madrid prinsiplərini imzalamaqla Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etmiş olub.

Paşinyan bu etirafın məsuliyyətinin özündən əvvəlki iqtidarlara məxsus olduğuna işarə vuraraq deyib: “Bizim səhvimiz onda oldu ki, bunu hələ 2018-ci ilin mayında (hakimiyyətə gəlişi zamanı – red.) bəyan eləmədik”.

Hürr Tərcüman