📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan fəal şəkildə Zelenskinin... - SENSASİYA

2023-10-18 14:39:22

Paşinyan fəal şəkildə Zelenskinin... - SENSASİYA

“Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Vladimir Zelenskinin yolu ilə gedir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi TASS agentliyi Moskvadakı adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı sözlərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli olaraq qiymətləndiririk”, - deyə mənbə bildirib.

“Moldova necə “Ukrayna-2”dirsə, Ermənistanı “Ukrayna-3”ə çevirməyə çalışdıqlarını görürük. Paşinyan artıq Vladimir Zelenskinin yolu ilə sürətlə irəliləyir”, - deyə mənbə qeyd edib.

Musavat.com